Sablyaçılarımız Türkiyədə yarışıblar

Sablyaçılarımız Türkiyədə yarışıblar

Yeniyetmə qız sablyaçılarımız Türkiyənin Ədirnə şəhərində keçirilən açıq turnirdə çıxışlarını başa vurublar.

14 yaşadək qız sablyaçıların şəxsi yarışında qrup mərhələsini 2 qələbə ilə başa vuran Əminə Rzaquluzadə pley-offda keçirdiyi ilk görüşdə yerli idmançı Duru Serdaroğluya 15:3 hesabı ilə qalib gəlib. Növbəti görüşdə təmsilçimiz digər Türkiyə idmançısı Ayşe Duruya 9:15 hesabı ilə uduzub.
Qrupu 2 qələbə ilə bitirən Fatimə Kərimova pley-offda keçirdiyi ilk görüşdə türkiyəli Defne Namı (15:12) məğlub edib. Yerli idmançı Yağmur Beren ilə növbəti görüş isə qılıncoynadanımız üçün uğursuz olub - 1:15.
Qrupda 2 qələbəsi olan Gülarə Tağızadə pley-offda keçirdiyi ilk görüşdə Ayşe Kabakçıya 11:15 hesabı ilə uduzub.