Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununa çıxıb. Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.
İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.
Qrupun digər oyununda isə Gürcüstan millisi Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib.
Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinanı məğlub edib - 5:1.
Millimiz qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.