Cüdoçularımız Portuqaliyada mübarizəyə başlayırlar

Cüdoçularımız Portuqaliyada mübarizəyə başlayırlar

Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək. 41 ölkədən 400-ə yaxın idmançının iştirak edəcəyi yarışda  Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. Yarışın birinci günündə 2 idmançımız - Balabəy Ağayev və Rövşən Əliyev (hər ikisi 60 kq) tatami üzərinə çıxacaq. B.Ağayev ilk qarşılaşmada özbəkistanlı Baxrom Boturov, R.Əliyev isə Braziliya təmsilçisi Allan Kuvovara ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirdə Azərbaycanın 5 cüdoçusu iştirak edəcək.