Nadal “yaşıl qitə”də rekorda imza atıb

Nadal “yaşıl qitə”də rekorda imza atıb

Tennis üzrə Avstraliya Açıq çempionatında (Australian Open) kişilərin fərdi mübarizəsində qalibin adına aydınlıq gəlib. Finalda ispaniyalı Rafael Nadalla rusiyalı Daniil Medvedev üz-üzə gəlib. Qarşılaşma R.Nadalın 3:2 (2:6, 6:7, 6:4, 6:4, 7:5) hesablı qələbəsi ilə başa çatıb. İlk iki setdə D.Medvedev qələbə qazansa da növbəti 3 setdə 36 yaşlı raket ustası rəqibinə şans verməyib.
Böyük Dəbilqə seriyalı turnirlərdə 21-ci dəfə çempion olan Rafael Nadal isveçrəli Roje Federer və serbiyalı Novak Cokoviçi geridə qoyaraq yeni rekorda imza atıb.
Qeyd edək ki, qadınların fərdi mübarizəsində qalib adını avstraliyalı Eşli Barti qazanıb. O, iki saatdan çox davam edən turnirin həlledici görüşündə amerikalı Daniel Kollenzə qalib gəlib - 6:3, 7:6 (7:2). Bununla da E.Barti 44 il sonra “Australian Open” turnirində qalib gələn ilk yerli tennisçidir. Sonuncu dəfə bu turnirdə qalib gələn avstraliyalı tennisçi Kris Oneil olub. O, 1978-ci ildə “Australian Open” turnirinin qalibi adını qazanıb.