Şəhid Əlövsət Tahirovun xatirəsinə stolüstü tennis turniri keçirilib

Şəhid Əlövsət Tahirovun xatirəsinə stolüstü tennis turniri keçirilib

Nərimanov rayonunda 258 nömrəli tam orta məktəbdə şəhid Əlövsət Tahirovun xatirəsinə həsr edilmiş stolüstü tennis üzrə Nərimanov rayon turniri keçirilib. Turnirdə 10 komandanın tərkibində 20 nəfər (10 oğlan, 10 qız) mübarizə aparıb.
Yekun nəticələrə görə, 212 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. İkinci yerə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli liseyin, üçüncü yerə isə və 258 nömrəli tam orta məktəbin komandaları sahib çıxıb.