Parisdə 2 gümüş medal qazanan cüdoçularımız Vətənə qayıdıblar

Parisdə 2 gümüş medal qazanan cüdoçularımız Vətənə qayıdıblar

Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” turnirində uğurla çıxış edən Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.

Komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların valideynləri və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) və Uşangi Kokaurinin (+100 kq) sayəsində “Böyük dəbilqə” turnirini 2 gümüş medalla başa vurub.