Azərbaycan Qolf Federasiyasına yeni prezident seçilib

Azərbaycan Qolf Federasiyasına yeni prezident seçilib

Bu gün Azərbaycan Qolf Federasiyasının ümumi yığıncağı keçirilib. Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb, yığıncağın işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Qolf Federasiyası rəhbərliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində Rauf Xəlilov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib.
Yığıncaqda, həmçinin Anar Əzimov federasiyanın vitse-prezidenti vəzifəsinə seçilib. Tədbirdə federasiyasının idarə heyətinə də seçkilər keçirilib. Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov idarə heyətinə üzv seçiliblər.
Azərbaycan Qolf Federasiyasının yeni prezidenti Rauf Xəlilov çıxış edərək göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib. O, idmanın bu növünün inkişafı üçün görüləcək işlər və qarşıdakı planlardan danışıb.