Karateçilər respublika birinciliyində yarışacaqlar

Karateçilər respublika birinciliyində yarışacaqlar

Sabah uşaq, yeniyetmə və gənclər arasında karate üzrə 22-ci respublika birinciliyi start götürəcək.
Yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşadək gənclər mübarizə aparacaqlar.
Bakı İdman Sarayında keçiriləcək yarış 3 gün davam edəcək.