Norveç idmançıları Pekin-2022-də rekordları sıralayırlar

Norveç idmançıları Pekin-2022-də rekordları sıralayırlar

 

Medal siyahısında yerdəyişmələr davam edir


Pekin-2022 Qış Olimpiya Oyunlarında nəhəng ölkələrin mübarizəsi davam edir. Olimpiadanın başa çatan hər gününün sonunda demək olar ki, liderlik uğrunda mübarizə də dəyişir. Bu baxımdan Norveç və Almaniya komandalarının adlarını xüsusilə qeyd etmək olar. Bu iki ölkənin komandaları digər rəqiblərindən fəqli olaraq medal sıralamasında ilk iki pillədə bir neçə dəfə yer dəyişiblər.

Norveç komandası bu dəfəki "ağ olimpiada”da bütün qüvvəsini səfərbər etməyə nail olub. Bu ölkənin Pekin-2022-də favorit olacağı proqnozu özünü doğruldur. Skandinaviya təmsilçiləri medalların əyarında və sayında əsas rəqiblərini qabaqlamağa çalışırlar. Yığmanın heyətində üçqat Olimpiya çempionu olan idmançı Marte Olsbyu-Royseland komandasına üç qızıl medal qazandırıb. On kilometr məsafəyə qadınların yürüş izləmələrində qızıl medala sahib çıxıb. Qarışıq estafet yarışında və sprint növündə o bütün rəqiblərini qabaqlayıb. Fərdi yürüşdə isə bürünc medala layiq görülüb. Norveç yığmasının heyətində Olsbidən sonra üç medal qazanan biatlonçu Yohannes Byö yer alıb. On iki qat dünya çempionu Çin paytaxtında qarışıq estafet və sprint yarışlarında Olimpiya çempionu tituluna yiyələnib. Fərdi yürüşdə isə bürünc medalla kifayətlənib.
Almaniya yığması Oyunlarda bu günə qədər 8 qızıl medala layiq görülüb. Olimpiadaya zəif başlasalar da, artıq onların aktivində 15 medal var. Onlar kirşədə 4 qızıl 2 gümüş, skeletonda 2 qızıl 1 gümüş, biatlon, xizək ikinövçülüyündə 1 qızıl, xizəklə tramplindən tullanmada isə 1 gümüş 2 bürünc medala layiq görülüblər.
ABŞ yığması Pekin-2022-də hələki 16 medala layiq görülüblər. Okeanın o tayından gələn "yankilər” ən çox medalı snoubord yarışlarında əldə ediblər. Amerikalılar bu növdə 3 qızıl, 1 gümüş medala yiyələniblər. Onlar fristayılda 1 qızıl, 2 gümüş, 1 bürünc fiqurlu konkisürmədə 1 qızıl, 1 gümüş, 1 bürünc, bobsleydə 1 qızıl, 1 gümüş, konkisürmədə 1 qızıl, dağ xizəyində 1 gümüş, xizək yürüşündə isə 1 bürünc medala sahib çıxıblar.
Niderland təmsilçiləri də yığma komandanın budəfəki olimpiadada yüksək pillələrdə qərarlaşması üçün uğurla çıxış edirlər. Dünənki nəticələrə əsasən "Zanbaqlar ölkəsi” hazırda 12 medalla 4-cü sırada yer alıb. Bu medallardan ən çoxu konkisürmə yarışlarında əldə edilib - 4 qızıl, 3 gümüş, 1 bürünc. Şort-trek növündə də niderlandlı idmançılar ümidləri doğruldublar. Onlar bu idman növündə 2 qızıl, 1 gümüş medal əldə ediblər. Avropa təmsilçiləri skeleton yarışlarında isə 1 bürünc medala sahib çıxıblar. Avstriya yığması siyahıda irəliləyib. 15 medal (5 qızıl, 6 gümüş, 4 bürünc) əldə edən avstriyalılar ilk 5-likdə yer alıblar.
Pekin-2022-də Skandinaviya yarımadasını uğurla təmsil edən digər ölkələrdən biri də İsveç komandasıdır. Bu ölkənin təmsilçiləri "ağ olimpiada”da hələki 11 medal qazanıblar. Olimpiya oyunları çərçivəsində keçirilən konkisürmə yarışlarında isveçlilər 2 qızıl medal qazanıblar. Xizək yürüşündə isveçlilərin bir dəst medalı var.
Onlar fristayılda 1 qızıl, 1 gümüş, dağ xizəyində 1 qızıl, biatlonda isə 2 gümüş medala layiq görülüblər.
Olimpiadanın ilk günlərində liderliyi ələ alan şimal qonşularımız isə hazırda 8-ci sıradadır. Rusiya Olimpiya Komitəsini təmsil edən komanda 8-ci sırada olmasına baxmayaraq, medalların sayına görə yalnız lider Norveçdən geri qalır. Belə ki, rusiyalıların aktivində hazırda 18 medal var. Bu yığma komandanın üzvləri ən çox medalı xizək yarışlarında qazanıblar. Onlar bu növdə 3 qızıl, 3 gümüş və 1 bürünc olmaqla 7 medal əldə ediblər.
Rusiyalı idmançılar fiqurlu konkisürmədə 1 qızıl və 1 gümüş medalın sahibidirlər. Şort-trekdə 1 gümüş, 1 bürünc, tramplindən xizəklə tullanmada 1 gümüş, biatlonda 2 bürünc, konkisürmə, kirşə, snoubord və fristaylda 1 bürünc əldə edən ROK komandası yenidən ilk üçlüyə daxil olmaq üçün mübarizəni davam etdirir.
Olimpiada sona yaxınlaşdıqca medal qazanan ölkələrin sayında da artım hiss olunur. Belə ki, İspaniya, Belçika, Belarus və Slovakiya kimi ölkələr də Pekin-2022-də medal qazanan komandaların siyahısına daxil olublar.
Həmin komandaların heyətində iştirak edən idmançılar müxtəlif əyarlı medallarla siyahıda yer alıblar.


Pekin-2022 Qış Olimpiya
Oyunlarında medal qazanan
idmançılar:

7 fevral

Şort-trek, 1000 m (Kişilər)
1. Çzıvey Jen (Çin)
2. Venlun Li (Çin)
3. Şaoan Lyu (Macarıstan)


Şort-trek, 500 m (Qadınlar)
1. Arianna Fontana (İtaliya)
2. Syuzanne Shyultinq (Niderland)
3. Kim Buten (Kanada)


8 fevral

Biatlon, fərdi yürüş 20 km (kişilər)
1. Maye Kenten Fiyon (Fransa)
2. Anton Smolskiy (Belarus)
3. Yohannes Byö (Norveç)


Dağ xizəyi, super nəhəng (kişilər)
1. Mattias Mayer (Avstriya)
2. Rayan Kokren-Siql (ABŞ)
3. Aleksandr Kilde (Norveç)


Kerlinq, qarışıq
1. İtaliya
2. Norveç
3. İsveç


Konkisürmə, 1500 m (Kişilər)
1. Kyeld Neys (Niderland)
2. Tomas Krol (Niderland)
3. Kim Min-Sok (C.Koreya)


Xizək, sprint, sərbəst üsul (Qadınlar)
1. Yohanna Sundlinq (İsveç)
2. Maya Dalkvist (İsveç)
3. Cessika Diqqins (ABŞ)


Xizək, sprint, sərbəst üsul (Kişilər)
1. Yohannes Klebo (Norveç)
2. Federiko Pelleqrino (İtaliya)
3. Aleksandr Terentyev (ROK)

Kirşə, təknəfərlik (Qadınlar)
1. Natalya Hayzenberger (Almaniya)
2. Anna Berrayter (Almaniya)
3. Tatyana İvanova (ROK)
Snoubord, paralel nəhəng slalom
(Qadınlar)

1. Ester Ledeçkaya (Çexiya)
2. Daniella Ulbinq (Avstriya)
3. Qloriya Kotnik (Sloveniya)


Snoubord, paralel nəhəng slalom (Kişilər)
1. Benjamin Karl (Avstriya)
2. Tim Mastnak (Sloveniya)
3. Vik Uayld (ROK)


Fristayl, biq-eyr (Qadınlar)
1. Aylin Eylin Qu (Çin)
2. Tess Ledyö (Fransa)
3. Matilda Qremo (İsveçrə)



9 fevral

Dağ xizəyi,
slalom (Qadınlar)
1. Petra Vloqova (Slovakiya)
2. Katarina Linsberger (Avstriya)
3. Vendi Holdener (İsveçrə)

Xizək ikinövçülüyü, orta tramplin
1. Finçenç Geyger (Almaniya)
2. Yorqen Qrobak (Norveç)
3. Lukas Qrayderer (Avstriya)

Kirşə, ikinəfərlik (kişilər)
1. Arlt Tobias, Vendl Tobias (Almaniya)
2. Saşa Benekken, Toni Eqqert (Almaniya)
3. Lorens Koller, Tomas Şteu (Avstriya)

Snoubord, snoubord-kross (Qadınlar)
1. Lindsey Ceykobellis (ABŞ)
2. Hloya Trespeş (Fransa)
3. Merieta Odin (Kanada)


Fristayl, biq-eyr (Kişilər)
1. Birk Ruud (Norveç)
2. Kolbi Stivenson (ABŞ)
3. Henrik Harlaut (İsveç)


Şort-trek, 1500 m (Kişilər)
1. Hvan De-Hon (C.Koreya)
2. Stiven Dyubua (Kanada)
3. Semyon Elistratov (ROK)


10 fevral

Dağ xizəyi kombinasiyası (Kişilər)
1. Yohannes Strols (Avstriya)
2. Aleksandr Kilde (Norveç)
3. Ceyms Krouford (Kanada)


Konkisürmə, 5000 metr (Qadınlar)
1. İren Sxauten (Niderland)
2. İzabell Vaydemann (Kanada)
3. Martina Sablikova (Çexiya)


Xizək, ayrı startlı yürüş, klassik üsul (Qadınlar)
1. Tereza Yoxauq (Norveç)
2. Kerttu Niskanen (Finlandiya)
3. Krista Parmakoski (Finlandiya)


Kirşə, komanda estafeti
1. Almaniya
2. Avstriya
3. Latviya

Snoubord, snoubord-kross (Kişilər)
1. Alessandro Hammerle (Avstriya)
2. Eliot Qrondin (Kanada)
3. Omar Vizintin (İtaliya)

Snoubord, hafpayp (Qadınlar)

1. Hloya Kim (ABŞ)
2. Keralt Kastelet (İspaniya)
3. Sena Tomita (Yaponiya)
Fiqurlu konkisürmə (Kişilər)
1. Neytan Çen (ABŞ)
2. Yuma Kaqiyama (Yaponiya)
3. Şoma Uno (Yaponiya)


Fristayl, akrobatika, komanda
1. ABŞ
2. Çin
3. Kanada


11 fevral

Biatlon, sprint, 7,5 km (Qadınlar)
1. Marte Royseland (Norveç)
2. Elvira Eberq (İsveç)
3. Daroteya Virer (İtaliya)

Dağ xizəyi, super nəhəng (Qadınlar)
1. Lara Qut-Behrami (İsveçrə)
2. Miryam Puxner (Avstriya)
3. Mişel Qizin (İsveçrə)


Konkisürmə, 10000 m (Kişilər)
1. Van Der Pul Nils (İsveç)
2. Patrik Rust (Niderland)
3. David Qotto (İtaliya)


Xizək, ayrı startlı yürüş, klassik üsul (Kişilər)
1. İyvo Niskanen (Finlandiya)
2. Aleksandr Bolşunov (ROK)
3. Yohannes Klebo (Norveç)


Skeleton (Kişilər)
1. Kristofer Qrotter (Almaniya)
2. Aksel Yunq (Almaniya)
3. Venqan Yan (Çin)


Snoubord, hafpayp (Kişilər)
1. Ayumu Hirano (Yaponiya)
2. Skotti Ceyms (Avstraliya)
3. Yan Şerrer (İsveçrə)

Şort-trek, 1000 m (Qadınlar)
1. Syuzanne Sxyultinq (Niderland)
2. Çxoy Min-Yon (Cənubi Koreya)
3. Anne Desmet (Almaniya)

12 fevral

Biatlon, sprint, 10 km (Kişilər)
1. Yohannes Byö (Norveç)
2. Maye-Kenten Fiyon (Fransa)
3. Tarey Byö (Norveç)


Konkisürmə, 500 m (Kişilər)
1. Tinyuy Qao (Çin)
2. Çxa Min-Kyu (Cənubi Koreya)
3. Vataru Morisiqe (Yaponiya)


Xizək, estafet 4x5, klassik və sərbəst üsul
(Qadınlar)
1. Rok
2. Almaniya
3. İsveç
Tramplindən tullanma, böyük tramplin,
fərdi birincilik (Kişilər)
1. Marius Lindvik (Norveç)
2. Reyu Kobayaşi (Yaponiya)
3. Karl Geyger (Almaniya)

Skeleton (Qadınlar)
1. Hanna Neys (Almaniya)
2. Jaklin Narrakott (Avstraliya)
3. Kimberli Bos (Niderland)

Snoubord, snoubord-kross, komanda
1. Nik Baumqartner, Lindsey Ceykobellis (ABŞ)
2. Omar Vizintin, Mikela Moyoli (İtaliya)
3. Eliyot Qrondin, Merieta Odin (Kanada)


13 fevral

Biatlon, yürüş izləmələr, 10 km (Qadınlar)
1. Marte Royseland (Norveç)
2. Elvira Eberq (İsveç)
3. Tiril Ekhoff (Norveç)


Biatlon, yürüş izləmələri, 12.5 km (Kişilər)
1. Maye-Kenten Fiyon (Fransa)
2. Tarey Byö (Norveç)
3. Eduard Latıpov (ROK)


Dağ xizəyi, nəhəng slalom (Kişilər)
1. Marko Odermatt (İsveçrə)
2. Jan Kraneç (Sloveniya)
3. Mate Fyovr (Fransa)


Konkisürmə, 500 m (Qadınlar)
1. Erin Cekson (ABŞ)
2. Miho Takaqi (Yaponiya)
3. Angelina Qolikova (ROK)


Xizək, estafet 4x10, klassik və sərbəst üsul (Kişilər)
1. ROK
2. Norveç
3. Fransa

Şort-trek, 3000 m estafet (Qadınlar)
1. Niderland
2. Cənubi Koreya
3. Çin

Şort-trek, 500 m (Kişilər)
1. Şaoan Lyu (Macarıstan)
2. Konstanten İvliev (ROK)
3. Stiven Dübua (Kanada)


14 fevral

Bobsley, monobob (Qadınlar)
1. Kayli Hampfris (ABŞ)
2. İlana Meyers (ABŞ)
3. Kristi De Brüyin (Kanada)


Fiqurlu konkisürmə, rəqs
1. Qabriella Papadakis, Qiyom Sizeron (Fransa)
2. Nikita Kaçalapov, Viktoriya Siniçina (ROK)
3. Zahari Donohyu, Medison Habbell (ABŞ)