Nazim Babayev Fransada bürünc medal qazandı

Nazim Babayev Fransada bürünc medal qazandı

Fransada atletika üzrə keçirilən Meeting De L'Eure yarışında (World Indoor Tour Silver Level) Azərbaycan idmançısı uğurla çıxış edib. Millimizin üzvü Nazim Babayev yarışda bürünc medal qazanıb. O, üçüncü yerə üçtəkanla tullanma növündə 16.27 metr nəticə göstərməklə sahib olub.