Bakı birinciliyində ilk qaliblər müəyyənləşdi

Bakı birinciliyində ilk qaliblər müəyyənləşdi

Bir saylı idman liseyində Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2012-ci il və daha kiçik (8-10) yaşlı, eləcə də 2010-2011-ci il təvəllüdlü idmançılar arasında paytaxt birinciliyi keçirilir.

Ümumilikdə 180-ə yaxın badmintonçunun mübarizə apardığı turnirdə ilk olaraq 2012-ci il və daha kiçik (8-10) yaşlı iştirakçılar arasında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Şəxsi kateqoriyada Məhəmməd Hacızadə və Banu İbrahimli birinci olublar. Qoşa yarışlarda Hüseyn Hacılı - Məhəmməd Hacızadə və Bahar Validarvi – Məryəm Hacılı, qarışıq-qoşada isə Məhəmməd Hacızadə - Banu Validarvi qızıl medala sahib olublar.

Sonda turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.

Qeyd olunub ki, yarışa fevralın 17-də yekun vurulacaq.