Azərbaycan və Türkiyə arasında idman sahəsində əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında idman sahəsində əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə edilib

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və səfirliyin attaşesi Nurettin Erdoğanla görüşüb.
Görüşdə iki qardaş ölkə arasında gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
Nazir qonağa Azərbaycanın idman həyatı, eləcə də dövlətin gənclər siyasəti barədə məlumat verib. Beynəlxalq yarışlara birgə hazırlıq məqsədilə birgə təlim məşqlərin, eləcə də gənclərin təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.