Zəngilanın Ağalı kəndində triatlon üzrə Qarabağ Xatirə Turniri keçiriləcək. Bu barədə məlumatı Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Elçin Əliyev qurumun açıq konfransında verib.
Federasiya prezidentinin sözlərinə görə, turnir 27 sentyabr - Anım Gününə həsr olunacaq. Oktyabrın 1-2-də təşkil olunacaq turnir işğaldan azad olunmuş ərazidə keçiriləcək ilk yarış olacaq.
E.Əliyev bu məqsədlə Ağalı kəndində 750 metr uzunluğu və 450 metr enində göl salınacağını açıqlayıb.
ATF prezidenti həmçinin Ağdamda duatlon yarışı təşkil etmək istədiklərini bildirib.