Tədqiqatçı alimin yeni kitabı işıq üzü gördü

Tədqiqatçı alimin yeni kitabı işıq üzü gördü

Prezident təqaüdçüsü, Pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Murad Fərzəliyevin redaktorluğu ilə “Tokio-2020” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda Azərbaycanda bədən tərbiyəsi və idmana dövlətin diqqət və qayğısı, Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarında və XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının əldə etdikləri nailiyyətlər geniş təhlil edilib.

Kitab Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, doktorantlar, bakalavrlar, magistrlər, ali və orta məktəb müəllimlərinin, tələbə və şagirdləri, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

6 fəsildən ibarət olan kitab məktəblilər, idman ictimaiyyəti, eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı vəsait olacaq.