Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində usta cüdoçular arasında Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 120-ə yaxın cüdoçu qüvəsini sınayıb. Usta cüdoçular çempionatda 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində mübarizə aparıblar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd usta cüdoçuların Azərbaycanın veteranlardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, sağlam həyat tərzinin təbliği və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.