Yığmamız Praqa sınağında 6 qadın cüdoçu ilə təmsil olunacaq

Yığmamız Praqa sınağında 6 qadın cüdoçu ilə təmsil olunacaq

Martın 5-6-da Çexiyada Praqa Açıq Avropa-2022 turniri keçiriləcək. Açıq Avropa turnirində dünyanın 46 ölkəsindən 583 (357 kişi, 226 qadın) cüdoçu mübarizə aparacaq. Komandamız budəfəki turnirə 6 qadın cüdoçu ilə yollanacaq. Yığmamız turnirdə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında Aydan Vəliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Səbinə Əliyeva), Fidan Əlizadə (57 kq),  Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) ilə təmsil olunacaq.