Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi

Bədii gimnastika üzrə Azərbaycan çempionatına start verildi

Bakıda bədii gimnastika üzrə Azərbaycan çempionatı start götürüb. Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparırlar.
İki gün davam edəcək çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır.
Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışların izləmək imkanı əldə ediblər.