Aprelin 1-3-də Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. 69 ölkədən 585 (351 kişi, 234 qadın) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar. Komandamız turnirdə 17 (13 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunacaq.
Yarışda kişilər arasında Rövşən Əliyev, Turan Bayramov (hər ikisi -60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi -66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi -73 kq), Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi -81 kq), Rüfət İsmayılov (-90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi -100 kq), Uşangi Kokauri, İmran Yusifov (hər ikisi +100 kq) mübarizə aparacaq. Aparıcı idmançılarımızdan Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bu yarışda iştirak edəcək heyətdə yer almayıblar.
Qadınların yarışında isə komandamız Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq) və Günel Həsənlidən (-70 kq) ibarət heyətlə təmsil olunacaq.
“Böyük dəbilqə” turnirində 17 cüdoçumuz yarışacaq