Bu gün Antalyada cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib. 63 ölkədən 500-dən çox cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar. Yarışın birinci günündə kişilər arasında 60, 66, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində Turan Bayramov Felipe Dakruz (Livan), Rövşən Əliyev Dilşot Xalmatov (Ukrayna), 66 kiloqram çəkidə Yaşar Nəcəfov Adonis Diaz (ABŞ), Orxan Səfərov isə ABŞ-ın digər təmsilçisi İsaiah Ramirez-Lusian Bors Domitresku cütünün qalibi ilə qarşılaşacaq.
Qadınlar arasında isə 48 kq çəki dərəcəsində Şəfəq Həmidova Andrea Stojadinov (Serbiya), Leyla Əliyeva Aliani Kubkarbonnel Julian (Kuba), 52 kiloqram çəkidə Gültac Məmmədəliyeva Qaxar İrmaqambetova (Qazaxıstan) ilə mübarizə aparacaq.
Ümumi mükafat fondu 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.
Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu iştirak edir.
Cüdoçularımız “Böyük dəbilqə” turnirində yarışırlar