Tələbə və sağlamlıq Spartakiadası davam edir

Tələbə və sağlamlıq Spartakiadası davam edir

Universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseylərin tələbələri arasında Tələbə və Sağlamlıq Spartakiadasında stolüstü tennis yarışına start verilib. Baş İdarə rəisi Həmid Nəsirov yekun yarışda iştirak edərək, iştirakçılara uğurlar arzulayıb. 3 universitetin və 1 kollecin komandalarının iştirak etdiyi yarışda Gəncə Dövlət Universitetinin komandası birinci yerə layiq görülüb. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin komandası 2-ci yerə, Azərbaycan texnologiya Universitetinin komandası isə 3-cü yerə sahib çıxıb. Peşə məktəbləri və peşə liseyləri arasında yarışda isə 2 saylı Peşə Liseyinin komandası 1-ci, 2 saylı Peşə Məktəbinin komandası 2-ci, 3 saylı Peşə Məktəbinin komandası isə 3-cü yeri tutub.