Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə yeniyetmələr arasında Asiya kuboku yarışı keçirilib. Azərbaycanın 22 cüdoçu ilə təmsil olunduğu turnirdə altı ölkədən 314 idmançı mübarizə aparıb. Cüdoçularımız turniri uğurlu nəticələrlə başa vurublar. Yeniyetmə idmançılarımız turnirdə iki qızıl medal qazanaraq oğlanlar arasında ikinci yeri tutublar. Ümumi medal sıralamasında isə yığmamız üçüncü pillədə qərarlaşıb. Qızıl medalları komandamızın aktivinə Nahid Tarquliyev (73 kq) və Əbil Yusifov (66 kq) yazdırıblar.
Cüdo yığmamız Daşkənddə üçüncü oldu