Bu gün yeniyetmə və gənclər arasında stolüstü tenni üzrə Azərbaycan çempionatına start verilib. “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunan birincilikdə idmançılar şəxsi, komanda, qoşa və qarışıq-qoşa yarışlarında mübarizə aparırlar.
Dörd gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.
Ölkə birinciliyinin qalibləri federasiyanın mükafatları ilə
təltif olunacaqlar. Fəxri kürsüyə yüksələn tennisçilər, həmçinin milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib