Boksçu son görüşünü keçirəcək

Boksçu son görüşünü keçirəcək
Məşhur ukraynalı boksçu, WBC versiyası ağır çəki dərəcəsində Vitali Kliçko 2014-cü ildə öz karyerasını başa vurmağı planlaşdırır. Bu barədə məlumatı Kliçko qardaşlarının K2 Promotions şirkətinin nümayəndəsi Tom Leffler məlumat verib.
Qeyd edək ki, Vitali Kliçko peşəkar karyerası ərzində rinqdə 45 dəfə qələbə qazanıb ki, bunlardan 41-ni nokautla əldə edib. Boksçu karyerası ərzində cəmi 2 dəfə məğlub olub.
42 yaşlı Vitali Kliçko rinqdə axırıncı döyüşünü 2012-ci ildə Manuel Çara qarşı keçirib. Bu mövsümdə o, mütləq rəqibi kanadalı Bermeyn Stivernlə qarşı-qarşıya gəlməli idi. Lakin döyüş Vitalinin əli zədələndiyinə görə təxirə salınıb. Bu qarşılaşmanın gələn il təşkil edilməsi nəzərdə tutulur. Beləliklə, Lefflerin də dediyi kimi, Vitali Kliçkonun vida döyüşü 2014-cü ildə baş tutacaq. WBC versiyası üzrə çempion kəməri uğrunda Vitali Kliçkonun rəqibi əvvəlki kimi Kanada boksçusu Bermeyn Stiverndir.
Xatırladaq ki, WBC-nin prezidenti Xose Suleyman əvvəllər böyük qardaş Kliçkonun 2014-cü ilin yazından tez rinqə çıxmayacağını bəyan etmişdi.