Daha bir yarış Rusiyadan alındı

Daha bir yarış Rusiyadan alındı

Beynəlxalq Buz Hokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildə dünya çempionatına ev sahibliyi etməkdən məhrum edib.
Bu barədə IIHF məlumat yayıb. Bildirilib ki, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcək.
Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. IIHF-in məlumatında alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi qeyd olunub.
Qeyd edək ki, fevralda IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu əlindən alıb.