Sabah Bolqarıstanın Sofiya şəhərində cüdo üzrə Avropa çempionatı start götürəcək. 40 ölkədən 300-dən çox idmançının iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınaycaqlar. Yarışda ölkəmizi 11 (9 kişi, 2 qadın) cüdoçu təmsil edəcək. Komandamızın heyətində Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) yer alıb. Qadınların turnirində isə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) tatami üzərinə çıxacaqlar.
Tunirə mayın 1-də yekun vurulacaq.