Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti görüşünü keçirib. Ukraynanın Xarkov şəhərində keçirilən döyüşdə boksçumuz belaruslu Aleksandr Abramenko ilə qarşılaşıb.
WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyan döyüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 6 deyil, 8 raunddan ibarət olub.
F.Məmmədov rəqibini üçüncü raundda nokautla məğlub etməyi bacarıb.
Qeyd edək ki, F.Məmmədov oktyabrın 26-da Böyük Britaniyada reytinq xarakterli növbəti döyüşünü keçirəcək.