Mingəçevir şəhərindəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru vəzifəsində dəyişiklik baş verib.
Olimpnews.az-a əldə etdiyi məlumata görə, Natiq Abbasov tutduğu vəzifədən istefa verib. Onu yeni vəzifədə Ceyhun Mirzəyev əvəzləyib.
N.Abbasov "Report"a açıqlamasında öz ərizəsi ilə işindən azad olunduğunu bildirib: "10 ildir işləyirdim, bəsdir".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin balansında olan "Kür" Olimpiya Tədris-İdman Mərkəzi hələ keçmiş SSRİ dövründə avarçəkmə bazası kimi tanınıb. Bu, hazırda Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Layihəyə əsasən, ümumi sahəsi 7,2 hektar olan kompleksdə inzibati bina, 7 zolaqlı üzgüçülük hovuzu, gəmini xatırladan altımərtəbəli, 250 yerlik dördulduzlu mehmanxana var. Bunlardan ikisi ölçüləri 104 kvadratmetr və 92 kvadratmetr olan lüks otaqlardır. Eyni zamanda mərkazdə bir ədəd 2 mərtəbəli kotec var ki, bunun da 1-ci mərtəbəsində 2, 2-ci mərtəbəsində isə 4 otaq var.
İnzibati bina 2 mərtəbəlidir.
İdman zalının (ölçüsü 57.6 x 45.6 metr) tamaşaçı tutumu 500 nəfər, üzgüçülük kompleksinin (ölçüsü 50 x 21.06 metr) tamaşaçı tutumu isə 280 nəfərdir.
Bundan başqa Mərkəzdə avarçəkmə klubu, kotteclər, 2 ədəd tennis kortu (36x18 metr), trenajor zalı var.qayıqların saxlanması üçün anqar (ölçüsü 51.5 x 32 metr) var. Dörd mərtəbədən və terrasdan ibarət binada müşahidə zalı, jurnalistlər və hakimlər üçün otaqlar, kafe-bar və digər yardımçı otaqlar mövcuddur.
Ceyhun Mirzəyev və Natiq Abbasov