Ukraynalı boksçu karyerasını başa vurmaq fikrində deyil

Ukraynalı boksçu karyerasını başa vurmaq fikrində deyil

Ukraynalı Vitali Kliçko idmançı karyerasını davam etdirmək fikrindədir. Ukraynanın "Udar” fraksiyasının rəhbəri və məşhur boksçu hələ karyerasını baş vurmaq niyyətində olmadığını bildirib. Son vaxtlar kütləvi informasiya vasitələrində Kliçkonun 2015-ci ildə Ukrayna prezidenti seçkilərində iştirak edəcəyi barədə xəbərlər dərc edilir.
"Boksçu karyeramı başa vurmaq haqqında qərar qəbul edəndə bundan ilk növbədə mütləq Ümumdünya Boks Assosasiyasının və jurnalistlərin xəbəri olacaq. Tezliklə WBC-nin konqresində iştira edəcəyəm. Çox güman ki, bu konqresdə növbəti rəqibimin kim olacağı bəlli olacaq”, - deyə ukraynalı boksçu bildirib.