Dünya çempionu həbs olundu

Dünya çempionu həbs olundu


Orta çəkidə boks üzrə keçmiş dünya çempionu amerikalı Kelli Pavlik mindiyi taksinin pulunu verməkdən imtina etdiyinə görə həsb olunub. Mətbuatın yazdığına görə, sərxoş vəziyyətdə olan boksçu taksi ilə Ohayodakı bardan evə qaıdırmış.
Evə çatdıqda Pavlik sürücünü təhqir etməyə başlayıb və 25 dollar məbləğində gediş haqqını ödəməkdən imtina edib. Taksi sürücüsü polisə müraciət edib və nəticədə keçmiş çempion həbs olunub. Bu məsələ ilə bağlı məhkəmənin cümə günü olacağı gözlənilir.