Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti görüşünə çıxıb.
Ukraynanın Xarkov şəhərində keçirilən döyüşdə boksçumuz belaruslu Aleksandr Abramenko ilə qarşılaşıb. WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyan döyüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 6 deyil, 8 raunddan ibarət olub.
Həmyerlimiz rəqibini döyüşün üçüncü raundunda nokautla məğlub edib.
Məlumat üçün qeyd edə ki, Fariz Məmmədovun növbəti reytinq xarakterli döyüşü oktyabrın 26-da Böyük Britaniyada keçiriləcək.