Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar

Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar

İyunun 2-də Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatına start verilib. 31 ölkədən 236 (213 kişi, 23 qadın) idmançının iştirak etdiyi yarışda azərbaycanlı usta cüdoçular da mübarizə aparırlar. 
Çempionatda iştirak edən “Judo Club 2012”nin direktoru, veteran cüdoçu Mübariz Cəfərovun verdiyi məlumata görə, komandamız yarışda 8 yaş kateqoriyası üzrə 22 idmançı ilə təmsil olunur. 
Yığmamızın heyətində “Judo Club 2012”nin idman zalında məşq edən Nadir Babayev (M1, -73 kq), Tural Səfquliyev (M1, -100 kq), Vüqar Babayev (M2, -66 kq), Məmməd Məmmədov (M2, -73 kq), Samir İsmayılov, Anar Yusifli (hər ikisi M2, -81 kq), İntiqam Ələkbərov, Ramil Muradov, İlham Heydərov (hər üçü M2, -100 kq), Azər Fətullayev (M3, -81 kq), Zülfüqar Hüseynov, Vüsal Cəfərov (hər ikisi M3, -90 kq), Babək Hacıyev (M4, -60 kq), Rauf Fərzəliyev (M4, -73 kq), Mahir Ağamirzəyev (M4, -90 kq), Emil Hüseynov (M4, -100 kq), Müşviq Cəfərov (M5, -73 kq), Mübariz Cəfərov (M5, -90 kq), Qabil Qasımov (M5, +100 kq), Natiq Qasımov (M6, -81 kq), Fərhad Rəcəbli (M7, -90 kq) və Şamil Sövzəliyev (M8, -81 kq) yer alıb. 
Usta cüdoçularımız qitə çempionatının ilk gününü uğurla başa vurublar. 
Veteranlardan ibarət komandamızın baş məşqçisi, dünya və Avropa çempionu Fərhad Rəcəblinin rəhbərlik etdiyi komandamız 2-si qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla 6 medala sahib çıxıb. 
Qızıl medalları komandamıza M7 yaş kateqoriyasında -90 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli və M5 yaş kateqoriyasında -90 kq çəkidə çıxış edən Mübariz Cəfərov qazandırıb. Gümüş medallara Müşfiq Cəfərov (M5, -73 kq) və Qabil Qasımov (M6, +100 kq) layiq görülüb. Natiq Qasımov (M6, -81 kq) və Şamil Sövzəliyev (M8, -81 kq) isə bürünc medalla kifayətləniblər. 
Qitə çempionatına iyunun 5-də yekun vurulacaq.
 

Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar Veteran cüdoçularımız Avropa çempionatına 6 medalla başladılar