Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. 36 ölkədən 278 (173 kişi, 105 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 10 (8 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunub. Tatami ustalarımız yarışı iki bürünc medalla başa vurublar. Komandamıza bürünc medalları Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) qazandırıb.
Cüdoçularımız Böyük Dəbilqəni iki medalla başa vurdular