Avropa kubokundan iki gümüş medal 

Avropa kubokundan iki gümüş medal 

Avstriyanın Qratz şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku yarışına yekun vurulub. 37 ölkədən 511 cüdoçunun (326 oğlan, 185 qız) iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız yarışda 14 cüdoçu ilə təmsil olunub. Gənc cüdoçularımız yarışı turniri 2 gümüş medalla başa vurublar. Komandamıza gümüş medalları Vüsal Qələndərzadə (-73 kq) və Vüqar Talıbov (-90 kq) qazandırıb.