Azərbaycan Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başlayıb

Azərbaycan Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başlayıb

Azərbaycan Cüdo Federasiyası (ACF) narkomaniyaya qarşı kampaniyaya start verib.

Olimpnews-un məlumatına görə, ACF “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox” şüarları altında kampaniya elan edərək səsini eşitdirməyə və bütün idman ictimaiyyətini səfərbər olmağa çağırıb.

Kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.

Bildirilib ki, Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar, bununla da onlar sağlam cəmiyyətlərin qurulmasına sadiq olduqlarını nümayiş etdiriblər. BMT-nin Baş Assambleyasının qərarına əsasən, iyunun 26-sı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Bu günün önəmini vurğulamaq üçün ACF estafeti Güləş, Gimnastika, Həndbol, Stolüstü Tennis, Ağır Atletika Federasiyalarına ötürür.