Sumqayıt Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub.
Olimpnews-un məlumatına görə, idman qurğusu Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova direktora həvalə edilib.
39 yaşlı qrossmeyster bu postda iki aya yaxındır vəzifəsini tərk edən Natiq Əliyevi əvəzləyib. N.Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə təyinat alıb.