"Bakıya gedəcəyim üçün həyəcanlıyam".
Olimpnews xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "McLaren"in pilotu Lando Norris komandanın rəsmi saytına açıqlamasında Azərbaycan Qran-prisi barədə danışarkən deyib.
23 yaşlı sürücü Bakıdakı trasın unikal olduğunu bildirib: "Ötənilki yarış burada hər şeyin ola biləcəyini göstərdi. Həftəsonu yeni avtomobillərimizlə nə edə biləcəyimizi görəcəyik. Bu trekdə əvvəlki iki yarışda xal toplamışam. Ümid edirəm ki, bu il də komandam üçün daha çox xallar qazancağam".
Britaniya təmsilçisinin digər pilotu Daniel Rikkardo Bakıdakı trasın böyük pərəstişkarı olduğunu söyləyib: "Buranın bəzi maraqlı xüsusiyyətləri var. Küçə dövrələrində həmişə gözlənilməz hadisələr baş verir. Ona görə qarşıma çıxan hər fürsətdən istifadə etməyə çalışacağam".
"McLaren"in direktoru Andreas Seydl isə pilotların Bakıdakı yarışa tam hazır olduqlarını bildirib: "Monako və Bakıdakı Qran-prilər küçə trası olsa da, hər ikisinin fərqli cəhətləri var. Belə yarışlarda kiçik səhvlər həlledici ola bilər".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.