Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev Finlandiya və Norveçin 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasındakı Avropa çempionatının seçmə oyununda iş başında olacaq.
Qarşılaşma iyunun 10-da keçiriləcək.
Qeyd edək ki, hər iki komanda Azərbaycanla birlikdə A qrupunda yer alıb.