Bu ilin may ayında Ironman üzrə növbəti Dünya Çempionatı keçirilmişdir.
Pandemiya səbəbindən yarışın baş tutduğu ərazi Havay adalarının Koni şəhərindən Sent Corc şəhərinə köçürülmüşdür. Həmin şəhərdə may ayında suyun 14-15 dərəcə soyuq olması, velosipedlə 2 200 metr, qaçışda isə 500 metr yüksəlmə bu çempionatı Ironman tarixindəki ən çətin yarış hesab edilməsinə səbəb oldu.
Bunlarla yanaşı, günəşin yandırıcı şüaları qaçışı və velosiped sürməyi daha da mürəkkəbləşdirmişdir. Ağır şərtlərinə baxmayaraq, Aydın Kərimov Ironman Dünya çempionatındakı tam məsafəni başa vurub bayrağımızı dalğalandıran Azərbaycanın ilk təmsilçisi olub.
Ümumilikdə Ironman yarışının tam məsafəsi 3,8 kilometr üzgüçülük, 180 kilometr velosiped yürüşündən və 42,2 kilometr qaçışdan ibarətdir. Məhz bu səbəbdəndir ki, yarışa verilmiş 3 800 ərizəyə baxmayaraq yalnız 2 800 iştirakçı qoşula bilib və onların 20 %-i missiyanı tamamlaya bilməyib, digər yarışlarda isə bu göstərici 7 %-ə bərabər olurdu.
Aydın bu yarışın öhdəsindən 14 saat 15 dəqiqədə gəlməyi bacarmışdır. Bu yarışla birlikdə o, üç dəfə Ironman titulunu qazanmışdır: Barselonada keçirilən ilk yarışı 10 saat 50 dəqiqədə, Tallindəki digər yarışı isə 11 saat 53 dəqiqədə tamamlamışdır. Aydin Kərimov təkcə Ironman marafonlarında iştirak etmir, həm də triatlonu fəal şəkildə təbliğ edir. Aydın "METAK" şirkətinin İcraçı direktoru olması ilə yanaşı həmdə çoxsaylı azərbaycanlı triatlonçuları birləşdirən "AlphaTriClub"u yaradıb. Klub ölkəmizdə triatlon idman növünü böyüklər və uşaqlar arasında təbliğ edir və yarışlar təşkil edir. Biz Azərbaycan təmsilçisinin triatlon kimi yeni idman növündə iştirakı ilə fəxr edir və millilərimizin sayının dünya çempionatlarında artmasına inanırıq.
https://www.instagram.com/aydin.karimov/
https://www.facebook.com/Karimov.Aydin
https://www.youtube.com/c/AydinKarimov28