Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə idman jurnalistləri üçün treninq təşkil edib.
"Olimpnews"un məlumatına görə, “müasir jurnalistikanın çətinlikləri ilə necə üzləşməli və onların öhdəsindən necə gəlməli?” mövzusunda seminar Roma E-Campus Universitetinin Xəbərlər və Ünsiyyət Şöbəsinin professoru, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının təcrübəli mentorlarından biri olan Rikardo Romani tərəfindən aparılıb.
Treninqə ölkənin 20-dən çox idman jurnalisti və ADBTİA-nın İdman jurnalistikası magistr proqarımının tələbələri cəlb olunublar.
Gənclər və idman naziri Fərid Qayıbov Seminarın sonuncu günündə qonaq olub, Rikardo Romani və eləcə də idman jurnalistləri ilə söhbət edib. Sonda jurnalistlərə sertifikatlar təqdim edilib.