İyun ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

İyun ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Olimpnews" xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 255 xalla birinci pillədə qərarlaşıb.

Güllə atıcısı Ruslan Lunyov 220 xalla ikinci, bədii gimnast Zöhrə Ağamirova 170 xalla üçüncü sıradadır.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

https://mys.gov.az/uploaded/uploaded/reytinq_iyun_2020_qisa.pdf

https://mys.gov.az/uploaded/uploaded/reytinq_iyun-2020_genish.pdf

https://mys.gov.az/uploaded/uploaded/reytinq_xal_hesablama_cdvli.pdf