“Vətən müharibəsindən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşmə işlərini yerinə yetirib”.
“Olimpnews”un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.
Onun sözlərinə görə, yekun mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, 3 min qaziyə əlillik və digər sosial ödənişlər olunub:
“44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlillinin yüksək texnologiyalı son nəsil protezlə təminatı proqramı uğurla icra edilib”.