Nəriman Abbasov daha bir döyüşünü vaxtından əvvəl qələbə ilə başa vurub - VIDEO

Nəriman Abbasov daha bir döyüşünü vaxtından əvvəl qələbə ilə başa vurub - VIDEO

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı "AMC Fight Nights"da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

"Olimpnews"un məlumatına görə, döyüş Abbasovun qələbəsi ilə yekunlaşıb.

İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.