Bolqarıstanın Albena şəhərində keçirilən yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Yarışda 3 boksçu ilə təmsil olunan komandamız 1 bürünc medalla kifayətlənib. Bu medalı komandaya yeniyetmələrin yarışında gücünü sınayan Alina Hacıyeva (80+ kq) qazandırıb. Boksçumuz yarımfinalda Rusiya idmançısı Mariya Şişmarayevaya uduzub. Digər idmançılarımız Anaxanım Ağayeva (51 kq) və Məryəm Cəbrayılova isə turniri mükafatsız başa vurublar.