İddiaçılar Turniri: Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq

İddiaçılar Turniri: Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Olimpnews.az-un məlumatına görə, 35 yaşlı qrossmeyster III turda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq.

İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov növbəti raundda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. O, hazırda 0,5 xalla çinli Dinq Lirenlə birlikdə son iki pilləni - 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi ilə 1,5 xalla ikincidir.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri

III tur

Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (FIDE)

Dinq Liren (Çin) - Rixart Rapport (Rumıniya)

Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa)

Alireza Firuzca (Fransa) - Hikaru Nakamura (ABŞ)