Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün sonuncu görüşünü keçirəcək.
"Olimpnews"un məlumatına görə, 35 yaşlı qrossmeyster XIV turda qara fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
12 turdan sonra 6,5 xala malik Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə birlikdə 5-6-cı yerləri bölüşdürür.
Rusiyalı Yan Nepomnyaşi əvvəlki turda yarışın qalibi olub və şahmat tacı uğrunda qarşılaşmada norveçli dünya çempionu Maqnus Karlsenlə görüşəcək.