Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilib. Yarışda iştirak edən şahmatçılarımızdan ən yaxşı nəticəni Aydın Süleymanlı göstərib. Azərbaycanlı qrossmeyster 9 turdan 7 xal toplayaraq 4-cü yeri tutub. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 6,5, Xəzər Babazadə, Ülvi Sadıqov 6, Read Səmədov, Ülviyyə Fətəliyeva 5,5 xal toplayıb.
İsveçrə sistemi üzrə keçirilən yarışın qalibi 8 xalla yunanıstanlı Evgenios İoannidis olub.