Çimərlik güləşi üzrə millimiz Avropa çempionu oldu

Çimərlik güləşi üzrə millimiz Avropa çempionu oldu

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib. Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında ölkəmizi qitə birinciliyində təmsil edən 4 güləşçi uğurlu çıxış edərək maksimum nəticəyə imza atıb. Belə ki, Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar.

Möhtəşəm çıxış komanda hesabında da öz sözünü deyib. 100 xal toplayan Azərbaycan Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, bu gün U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.