Azərbaycan çempionu daha bir braziliyalı oyunçunu heyətinə qatıb

Azərbaycan çempionu daha bir braziliyalı oyunçunu heyətinə qatıb

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini daha bir oyunçu ilə gücləndirib.

Azərbaycan Futzal Federasiyasından "Olimpnews"a verilən məlumata görə, ölkə çempionu braziliyalı Viktor Uqo Piresa ilə anlaşıb.

23 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor Uqo Piresa son olaraq Qazaxıstanın "Atırau" klubunda çıxş edib. "Araz-Naxçıvan" daha əvvəl braziliyalı Mateus Katatau, Vitao və qapıçı Rövşən Hüseynli ilə sözləşmə bağlayıb.