Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən "Olimpnews"a verilən xəbərə görə, 10 günlük toplanış Ümumdünya Şahmat Olimpiadasına hazırlıq xarakteri daşıyır.
Məşqlərə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qatılıb. Milli komandaya Ümumdünya Şahmat Olimpiadasına hazırlıqda Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Rəsul İbrahimov, Cahangir Ağarəhimov və Abdulla Qədimbəyli kömək edir.
Toplanış Qalaaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq.
Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək Olimpiada avqustun 10-da yekunlaşacaq.