Konya-2021: Voleybolçularımızdan uğurlu başlanğıc

Konya-2021: Voleybolçularımızdan uğurlu başlanğıc

Bu gün V İslam Oyunları çərçivəsində keçirilən voleybol yarışlarına start verilib. Qadın voleybolçulardan ibarət millimiz də bu gün Konya-2021-də ilk oyununa çıxıb. Komandamız Oyunlara qələbə ilə başlayıb. B qrupunda yer alan yığmamız ilk görüşündə Seneqal millisini məğub edib. Karatay Konqres və İdman Mərkəzində keçirilən oyunda komandamız hər üç setdə rəqibinə qalib gəlib 3:0 (7:25, 6:25, 10:25).